Elanlar
- -
-
-
Müsahibədə iştirak etmək istəyən vətəndaşlar namizədliklərinin qeydə alınması üçün aşağıdakı sənədlərlə şəxsən şəhər icra hakimiyyətinə müraciət edə bilərlər:
-
ərizə (icra hakimiyyətindən əldə edilir)
-
şəxsiyyəti təsdiq edən sənədin surəti
-
kadrlar uçotunun şəxsi vərəqəsi
-
Avtobioqrafiya
-
ali təhsil haqqında sənədin surəti
-
əmək kitabçasının surəti (əgər varsa)
-
hərbi biletin surəti (əgər varsa)
-
rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 14.09.2020-ci il tarixdən etibarən 20 iş günü müddətində Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı elan olunmuş və namizədlərin qeydiyyatı 09.10.2020-ci il tarixində başa çatacaqdır.