Az En Ru
Home Contact Phone
background
  • Ünvan: Az- 5500, Şəki şəhəri, 20 Yanvar, 8
  • Faks: (+994 24) 244-39-94
  • E-mail: mail@sheki-ih.gov.az

Xəbərlər

  • Şəkidə bazar ərazisində dezinfeksiya işləri...

    Şəkidə bazar ərazisində dezinfeksiya işləri gücləndirilib

    2020-09-18

    Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, ətraf rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin karonavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilmişdir

  • Bu gün Milli Musiqi Günüdür

    Bu gün Milli Musiqi Günüdür

    2020-09-18

    18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur

  • Şəki Şəhər İcra Hakimiyyətinin başçısı ...

    Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərdə aparılan yol tikintisi işlərinin gedişi ilə maraqlanmışdır

    2020-09-17

    Sentybarın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov şəhərin Salman Mümtaz küçəsində aparılan yol tikintisi işlərinin gedişi ilə maraqlanmışdır.

  • Şəkidə pandemiya ilə mübarizə çərçivəsin...

    Şəkidə pandemiya ilə mübarizə çərçivəsində reydlər davam edir

    2020-09-16

    15.09.2020-ci il tarixdə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Şəki şəhər İH yanında yaradılmış Operativ Qərargahın üzvləri pandemiya ilə mübarizə çərçivəsində şəhərin böyük ticarət mərkəzlərindən olan “Bazarstore” və mərkəzi bazarın ərazisində reyd keçirmişlər

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük

    2020-09-15

    Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq

  • Prezident İlham Əliyevin yeni dərs ilinin başl...

    Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti

    2020-09-15

    -Əziz müəllimlər, tələbələr, şagirdlər

  • Şəkidə pandemiya əleyhinə tədbirlər davam e...

    Şəkidə pandemiya əleyhinə tədbirlər davam edir

    2020-09-14

    Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün tətbiq olunan karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl olunmasının təmin olunması məqsədilə Şəkidə zəruri tədbirlər davam edir

  • Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı ink...

    Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf edir

    2020-09-05

    Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

  • Şəkidə Böyük Vətən Müharibəsində Qələb...

    Şəkidə Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalları təqdim edilib

    2020-09-04

    Sentyabrın 4-də Respublika Veteranlar Təşkilatının nümayəndələri Şəki şəhərinə səfər edib və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüblər.

  • Şəki şəhərinin ərazisində yerləşən otell...

    Şəki şəhərinin ərazisində yerləşən otellərdə monitorinqlər keçirilib

    2020-09-03

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci iltarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə avqustun 24-dən etibarən ölkə üzrə hotellərdə monitorinqlərə start verilib.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar vaxtında və yüksək keyfiyyətlə icra edilir

    2020-09-01

    Bildirməliyəm ki, hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz vaxtında bu addımı atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz olunub və bu gün də bu proses davam etdirilir.

  • Qubadlı rayonunun işğal olunmasından 27 il ke...

    Qubadlı rayonunun işğal olunmasından 27 il keçir

    2020-08-31

    Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 27 ili tamam olur.

  • Yeddi ayda Şəkidə suvarma kanalları vasitəsil...

    Yeddi ayda Şəkidə suvarma kanalları vasitəsilə əkin sahələrinə 75,9 milyon kubmetr su verilib

    2020-08-21

    “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.

  • Şəkidə ali məktəblərə qəbul imtahanları k...

    Şəkidə ali məktəblərə qəbul imtahanları karantin dövrünün tələblərinə uyğun aparılıb

    2020-08-20

    Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 20-də Şəki şəhərində keçirdiyi I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı başa çatıb. İmtahanlarda Şəki, Oğuz və Qəbələ rayonlarından olan abituriyentlər iştirak ediblər.

  • Şəkidə 1355 hektar sahədə silos üçün təkr...

    Şəkidə 1355 hektar sahədə silos üçün təkrar qarğıdalı əkilib

    2020-08-20

    Taxıl biçini başa çatdıqdan sonra Şəki rayonunun təsərrüfatlarında 1011 hektar sahədə təkrar qarğıdalı əkininin aparılması proqnozlaşdırılırdı. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan torpaq mülkiyyətçiləri cari mövsümdə proqnozdan çox - 1355 hektar sahədə silos üçün təkrar qarğıdalı əkiblər.

  • Şəkidə indiyədək 1860 ton quru tütün istehs...

    Şəkidə indiyədək 1860 ton quru tütün istehsal olunub

    2020-08-20

    Bu il Şəki rayonunun təsərrüfatlarında 1108 hektar sahədə tütün əkilib. Şəkili fermerlər cari mövsümdə 598,5 hektar sahədə “Virciniya botaniki”, 509,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. Fermerlər indiyədək rayonda fəaliyyət göstərən emal məntəqələrinə qurutmaq üçün 2,3 min tondan çox “Virciniya botaniki” növlü yaş tütün kütləsi təhvil veriblər. Yerli tütün sortları isə istehsalçılar tərəfindən ipə düzülərək qurudulur.

  • Şəkidə Reabilitasiya Mərkəzi əsaslı təmir ...

    Şəkidə Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib

    2020-08-18

    Avqustun 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki şəhərindəki Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

  • Şəkidə xüsusi karantin rejimi ilə bağlı rey...

    Şəkidə xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir

    2020-08-17

    Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Şəki rayonunda xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması və törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə əhali arasında mütəmadi olaraq maarifləndirici təbliğat işləri aparılır. İctimai maarifləndirmə tədbirlərinə könüllülər də fəal qoşulublar.

  • Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olması...

    Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95-ci ildönümüdür

    2020-08-16

    Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Şairin anadan olmasının 95-ci ildönümü tamam olub.

  • Ermənistanın Serbiya və Rusiyadan silah alması...

    Ermənistanın Serbiya və Rusiyadan silah alması regionda münaqişənin gərginləşməsinə xidmət edir

    2020-08-14

    Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır .Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.

  • Şəkidə ali məktəblərə qəbul imtahanları a...

    Şəkidə ali məktəblərə qəbul imtahanları altı mərkəzdə aparılıb

    2020-08-14

    Dövlət İmtahan Mərkəzinin (DİM) avqustun 13-də Şəki şəhərində keçirdiyi II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı başa çatıb.

  • Ata və oğulun uyuduğu iki yanaşı məzar – ...

    Ata və oğulun uyuduğu iki yanaşı məzar – Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun doğma kəndindən reportaj

    2020-08-13

    Şəki rayonunun Oxud kənd qəbiristanlığında ata və oğulun uyuduğu iki yanaşı məzar var. Onlardan birində İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov, digərində isə onun oğlu, Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycanın ilk Milli qəhrəmanlarından olan Mikayıl Cəbrayılov uyuyur. Hər iki qəhrəmanın xatirəsi nəinki doğulub boya-başa çatdıqları Şəki rayonunda, eləcə də ölkəmizin hər bir guşəsində, Azərbaycanın hüdudlarından kənarda da daim əziz tutulur, anılır.

  • Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılov...

    Prezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

    2020-08-11

    Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

  • Şəkidə hər kəs başa düşür ki…

    Şəkidə hər kəs başa düşür ki…

    2020-08-11

    Şəkidə sərt rejim ləğv edilsə də, mübarizə davam edir. Rayon ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınmasının nəticəsi olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən etibarən Şəkidə sərtləşdirilmiş karantin rejimi ləğv edilmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Ə...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur

    2020-08-11

    “Qarabağ” yatağının işlənməsinə gəldikdə, mən bir daha demək istəyirəm, hər zaman əminlik var idi ki, burada böyük potensial, böyük neft və qaz ehtiyatları vardır. Ancaq bayaq qeyd etdiyim kimi, 1990-cı illərdə üç quyu qazılmışdı, xarici tərəfdaş artıq bəyan etmişdi ki, bu, gələcək investisiya səmərəsiz olacaq və beləliklə, “Qarabağ” yatağı tərk edilmişdir. Biz, əslində, heç nə itirmədik. Çünki Azərbaycan o kəşfiyyat dövründə öz üzərinə heç bir maliyyə öhdəliyi götürməmişdi. Əksinə, hətta uğursuz nəticə də nəticədir, bizə əlavə geoloji məlumat veribdir. Bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.