Şriftin ölçüsü :

Saytın rəngi :

“Euronews”da Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı reportaj yayımlanıb

05 may 2016 | 02:05

Xəbər verdiyimiz kimi, aprelin 28-də Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində, XVIII əsrə aid ölkə əhəmiyyətli tarixi abidə olan “Qala divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub.
Mərkəzi ofisi Fransada olan dünyanın nüfuzlu xəbər telekanalı “Euronews”da Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi və bu çərçivədə keçirilən festival barədə kadrlar nümayiş edilib.
Azərbaycanın müxtəlif bölgələrindən festivala qatılan sənətkarlar qədim el sənətləri barədə “Euronews” müxbirinə ətraflı məlumat veriblər. Azərbaycan qutabı barədə məlumatı isə kanal əməkdaşı şəxsən təqdim edib.
Qeyd edək ki, mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Qazaxıstanın tanınmış yazıçısı Oljas Süleymenov, beynəlxalq təşkilatlardan, türkdilli ölkələrdən gəlmiş nümayəndə heyətləri, həmçinin Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin təmsilçiləri, görkəmli elm və incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Keçidlər