Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhər 16 saylı uşaq bağçasının yeni binası istifadəyə verilib

11 may 2016 | 07:05

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Şəki şəhərindəki 16 saylı uşaq bağçasının yeni binası  istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Şəki Şəhər İcra Haimiyyətinin başçısı Elxan Usubov son illər rayonda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə danışıb. Bildirilib ki, belə bir əlamətdar gündə uşaq bağçasının yeni binasının  istifadəyə verilməsi sevindirici hadisədir. Qeyd olunub ki, 100 yerlik bağça Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın cəmiyyətə təqdim etdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində tikilmişdir.
Bağçanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, bağça yeni inventar və avadanlıqla təmin olunub, həyəti abadlaşdırılıb.

Keçidlər