Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib

17 may 2016 | 02:05

Mayın 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Şəki şəhərində 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.
Şəki şəhərində qəbul imtahanı fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və 12 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda ümumilikdə 691 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 6 imtahan rəhbəri və 67 nəzarətçi müəllim ayrılıb.
TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və saat 14:00-da uğurla başa çatıb. İmtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Keçidlər