Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl biçininə yüzə yaxın kombayn cəlb olunacaq

25 may 2016 | 04:05

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə biçin kampaniyasına 98 ədəd taxılbiçən kombayn cəlb olunacaq. Onların 56-sı təzə kombayndır.
Fermerlər bu məsul kampaniyaya ciddi hazırlaşırlar. Taxıl biçini üçün bütün zəruri işlər görülüb, taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, yanğından mühafizə tədbirləri aparılıb, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib. Biçin kampaniyasına, eyni zamanda, 215 şum traktoru, 70 küləş presləyən aqreqat, 295 yük maşını, traktor və qoşqu, həmçinin 5 yanğınsöndürən və 9 su maşını cəlb olunacaq.
Taxıl biçininə iyunun birinci ongünlüyündə başlanması nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin payızında Şəkidə 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 42 min 167 hektarını buğda, 24 min 956 hektarını arpa, qalanını isə xəsil sahələri təşkil edir.

Keçidlər