Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

03 iyun 2016 | 07:06

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şəki şəhərində yerləşən “Yay Teatrı”nda konsert proqramı təşkil olunub. 
Uşaqların, onların valideynlərinin, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söhbət açılıb.
Tədbirdə şəhər 2 saylı uşaq musiqi məktəbinin və şəhərin bir sıra məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları maraqlı musiqi proqramı tamaşaçıların ürəyincə olub. Uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdirib, şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.

Keçidlər