Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhəri ilə Fransanın Kolmar şəhəri arasında əməkdaşlığa həsr olunmuş tədbir keçirilib

05 iyun 2016 | 04:06

İyunun 3-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Azərbaycan Respublikasının Şəki şəhəri ilə Fransa Respublikasının Kolmar şəhəri arasında əməkdaşlığa həsr olunmuş tədbir keçirilib.
     Şəhər rəhbərliyinin, rayon ictimaiyyət nümayəndələrinin iştirak etdiyi  tədbirdə təşkil olunmuş maraqlı konsert proqramında yerli musiqiçilərin fransız dilində hazırladıqları musiqi nömrələri təqdim olunub.
   Tədbirdə Fransa ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərindən bəhs olunub, Kolmar şəhəri ilə Şəki şəhərinin oxşar cəhətləri barədə iştirakçılara məlumat verilib,  Fransanın Milli Qəhrəmanı, II dünya müharibəsi iştirakçısı Əhmədiyyə Cəbrayılovun həyat yolunu və fransız səyyah Aleksandr Dümanın Şəkiyə səfərini, Şəki haqqında təəssüratlarını əks etdirən video çarxlar nümayiş olunub.
    Sonda çıxış edən Kolmar şəhərindən Şəkiyə fransız dilinin tədrisi üçün gələn müəllimlər Şəkidə onlara göstərilən yüksək qonaqpərvərliyə görə  təşəkkürlərini bildiriblər.

Keçidlər