Şriftin ölçüsü :

Saytın rəngi :

“İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində Gəncə Dövlət Filarmoniyasının konserti olub

01 iyul 2016 | 02:06

Şəkidə uğurla davam edən “İpək yolu” VII Beynəlxalq musiqi festivalının üçüncü günündə axşam tamaşaçılara Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının və Kamera Orkestrinin konserti təqdim olunub.
Yay teatrında keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının, TÜRKSOY-un rəsmiləri, musiqisevərlər iştirak ediblər.
Konsertə başlamazdan əvvəl iyunun 28-də İstanbulun Atatürk Hava Limanında dəhşətli terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diqqətə çatdırılıb ki, qardaş ölkədə baş vermiş faciə ilə əlaqədar bugünkü konsert bütünlüklə faciədə həlak olanların xatirəsinə həsr olunub. Konsertin proqramına yalnız lirik və vətənpərvərlik ruhunda mahnılar daxil edilib.
Festivalın dördüncü günü, iyunun 30-da günorta saatlarında Şəki xanları sarayının həyətində Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı, həmçinin “Zirvə” ansamblının konserti olacaq. Axşam saatlarında isə “Yuxarı Karvansaray” mehmanxana kompleksində musiqisevərlər qarşısında “Təbriz” instrumental ansamblı çıxış edəcək.

Keçidlər