Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə III beynəlxalq ənənəvi şirniyyat festivalı keçiriləcək

14 iyul 2016 | 09:07

Şəkidə iyulun 20-də keçirilməsi planlaşdırılan III beynəlxalq ənənəvi şirniyyat festivalında iştirak etmək üçün indiyədək 24 şəhər və rayon qeydiyyatdan keçib. Bundan əlavə, indiyə kimi 15 xarici ölkədən 37 qonaq festivalda iştirak etmək üçün müraciət edib.
Bu məlumatı Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Şəkidə jurnalistlərə müsahibəsində bildirib.
Festival keçirməyin çox məsuliyyətli, eyni zamanda, çətin iş olduğunu vurğulayan Mərkəzin direktoru deyib: “Kənardan baxanda hər şey asan görünür. Əslində isə festival keçirərkən bütün məsələlərə - iştirakçıların yerləşdirilməsi, nəqliyyat məsələləri, onların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması, bir sözlə, ən adi məsələlərə belə xüsusi diqqət yetirilməlidir”.
Builki festivalın da yüksək səviyyədə keçəcəyinə əminliyini bildirən T.Əmiraslanov deyib: “Çalışacağıq ki, festivalın keyfiyyətini ildən-ilə yüksəldək, iştirakçıların sayını artıraq və Şəkini dünyada şirniyyat paytaxtı, mərkəzi kimi tanıda bilək”.

Keçidlər