Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ali məktəblərə keçirilən qəbul imtahanları uğurla başa çatıb

17 iyul 2016 | 10:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyulun 15-də Şəki şəhərində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanları uğurla başa çatıb.
İmtahanların keçirilməsi üçün Şəki şəhərində 4 imtahan mərkəzi ayrılıb.
İmtahanlar 8, 12, 14 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. İmtahanlarda, ümumilikdə, 1752 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri və 161 nəzarətçi-müəllim ayrılıb.
TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və saat 14.00-da uğurla başa çatıb. İmtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Keçidlər