Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ali məktəblərə qəbul imtahanları keçirilib

26 iyul 2016 | 01:07

İyulun 23-də Şəki şəhərində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib.
Qəbul imtahanları 8, 12, 14 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü liseylərdə təşkil olunub. 1748 abituriyentin iştirakının nəzərdə tutulduğu qəbul imtahanlarının idarə olunmasına 12 imtahan rəhbəri və 158 nəzarətçi-müəllim cəlb edilib.
TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və saat 14.00-da başa çatıb. İmtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb.

Keçidlər