Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl istehsalı ötən illə müqayisədə 8,5 min ton artıb

29 iyul 2016 | 07:07

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Şəki taxılçıları builki mövsümdə 67 min 923 hektar sahədən 195 min ton məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 8,5 min ton artıb.
Bu barədə  Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, tədarük olunan taxılın 127 min 431 tonu buğda, 66 min 956 tonu arpa, qalanı isə vələmirdir. Hər hektardan orta hesabla 29 sentner məhsul götürülüb.
Biçilən sahələr qısa müddətdə küləşdən təmizlənib və artıq təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. İndiyədək 4 min hektara yaxın sahədə şum aparılıb və bu iş davam etdirilir.

Keçidlər