Şriftin ölçüsü :

Saytın rəngi :

Üçrəngli bayrağımız milli dəyərimiz, qürur mənbəyimizdir

10 noyabr 2016 | 00:11

Şəki gəncləri Dövlət Bayrağı Gününü silsilə tədbirlərlə qeyd ediblər.
Əlamətdar gün münasibətilə şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə noyabrın 8-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Bir kərə yüksələn bayraq, bir daha enməz!” adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.
Tədbirdə çıxış edənlər gənc nəslin Vətənə, dövlət atributlarımıza hörmət ruhunda tərbiyə olunmasının vacibliyini önə çəkiblər
Dövlət Bayrağı Gününə həsr olunan daha bir tədbir Şəki şəhər 11 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Vətən oğlu” vətənpərvərlik klubu üzvlərinin iştirakı ilə şəhər mədəniyyət evində keçirilib. Tədbirdə məktəblilərin ifasında bayrağımızı tərənnüm edən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Əlamətdar gün münasibətilə Şəkidə yeniyetmə və gənclərin iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar da təşkil olunub.

Keçidlər