Şriftin ölçüsü :

Saytın rəngi :

Vidadi Kərimli: Vətənimizi yaxından tanımaq biz gənclər üçün çox vacibdir

18 noyabr 2016 | 09:11

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyada iştirak edən Kürdəmir şəhərindəki 5 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Vidadi Kərimli AZƏRTAC-a müsahibəsində layihənin əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bu tur-aksiyada iştirak etmək hər bir gəncin arzusudur. Yurdumuzu yaxından tanımaq biz gənclər üçün çox vacibdir. Prezidentimizin təşəbbüsü ilə reallaşan bu layihə sayəsində ölkəmizin hər bir guşəsini qarış-qarış gəzir, tarixi abidələrlə, muzeylərlə yaxından tanış olur, rayonlarda gedən sosial-iqtisadi inkişafın canlı şahidinə çevrilirik”.
Şəkiyə ekskursiyaları ilə bağlı təəssüratlarını bölüşən Kürdəmir məktəblisi daha sonra deyib: “Füsunkar Şəki şəhəri haqqında kitablardan çox oxumuşdum. Atalar demişkən, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Şəki xanlarının sarayı çox möhtəşəm abidədir. Sarayın otaqlarını gəzərkən tarixin səhifələri, xanlıqlar dövrü gözlərimiz önündə canlanır. Bu bənzərsiz sarayı, onun qarşısındakı əzəmətli Xan çinarlarını görmək bizdə xoş təəssüratlar oyatdı”.

Keçidlər