Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə bu günədək 35 min hektar sahəyə payızlıq taxıl səpilib

23 noyabr 2016 | 10:11

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir. Təsərrüfatlarda bu günədək 49 min hektar sahədə şum aparılıb, 35 min hektar sahəyə arpa və buğda toxumu səpilib.
Cari ildə rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Payızlıqların səpini üçün 14 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. Səpin kampaniyasına 275 ədəd traktor, həmçinin xeyli sayda taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.

Keçidlər