Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

11 dekabr 2016 | 06:12

Şəki şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Həmin tədbirlərdən biri dekabrın 9-da Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilmişdir. 
     Şəhər 7 №-li tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə  ulu öndərin həyat və fəaliyyətindən,  elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz  xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışılıb.
       Ümummilli liderin  xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb.
     Tədbirdə ulu öndər  Heydər Əliyevin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik arzusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacaran siyasətçi olması şagirdlərin diqqətinə  çatdırılıb.
    Anım tədbirində şagirdlər   ulu öndərə həsr edilmiş şeirlər və onun  aforizmə çevrilmiş  kəlamlarını səsləndiriblər.

Keçidlər