Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə maraqlanmışdır

30 dekabr 2016 | 10:12

Dekabrın 29-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının  birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II”  layihəsi çərçivəsində həyata keçirilən Şəki şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin gedişi ilə yerində maraqlanmışdır.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Şəki şəhərinin Bəxtiyar Vahabzadə, Şərbablar küçələrində görülən işlərə, 1500 m3  tutumu olan su hovuzunun tikintisinə baxış keçirmiş, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərini həyata keçirən “Əfqan” firmasının yeni dəmir-beton məmulatları istehsalı sahəsi, firmanın yerləşdiyi ofis binası ilə tanış olmuşdur.
Ofisdə keçirilən görüşdə layihənin icrası ilə bağlı  müzakirələr aparılmış, müvafiq tövsiyələr verilmişdir.
Qeyd edək ki, hal-hazırda icra olunan layihənin üçüncü mərhələsində Şəki şəhərinin mərkəzi hissəsinin paylayıcı su və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində şəhərdə 2 ədəd tutumu 1500m³ su anbarı, 126,7 km içməli su şəbəkəsi, 115,3 km kanalizasiya xətti, 21 km kanalizasiya kollektoru inşa ediləcək, 8026 abonentə ev birləşməsi veriləcək, 437 yanğın hidrantı quraşdırılacaq. Bu mərhələ çərçivəsində işlərin 2018-ci ilin noyabr  ayında başa çatdırılması nəzərdə tutulub.

Keçidlər