Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə heyvandarlığın inkişafına diqqət artırılıb

19 yanvar 2017 | 09:01

İndiyədək Şəki rayonu üzrə 141 heyvan sahibinə süni mayalama yolu ilə alınmış 154 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə 15 min 400 manat məbləğində subsidiya ödənilib.
Subsidiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyaların verilməsi Qaydası”na əsasən verilib.
Bu barədə AZƏRTAC-a Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisi Nazim Rəcəbov məlumat verib.
İdarənin təmsilçisi bildirib ki, heyvanların süni yolla mayalandırılması heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına təsir göstərən mühüm amillərdəndir. Dövlət dəstəyinin göstərilməsi şəkili fermerlərin də bu sahəyə marağını xeyli artırıb. 2016-cı ildə Şəki rayonunun təsərrüfatlarında 2718 baş heyvan süni yolla mayalandırılıb. Müddət ərzində süni mayalama yolu ilə alınan buzovların sayı isə 1928 baş olub. Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar ötən ildən başlayaraq süni mayalandırılan heyvanlara şamil edildiyindən subsidiya alan heyvan sahiblərinin sayı növbəti aylarda daha da artacaq.

Keçidlər