Şriftin ölçüsü :

Saytın rəngi :

Bolqarıstan səfiri: Qardaş şəhərlər olan Şəki ilə Qabrovonun çox oxşar cəhətləri var

23 fevral 2017 | 08:02

Şəkidə olmağımdan çox şadam. Bu qədim və gözəl şəhərin təmsil etdiyim ölkə ilə bir bağlılığı var. Artıq 15 ilə yaxındır ki, Şəki ilə Bolqarıstanın Qabrovo şəhərləri qardaşlaşıb. Hər iki şəhərin bir çox oxşar cəhətləri var, qonaqpərvərliyi və yumoru ilə tanınırlar.
Bu sözləri Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova Şəkidə jurnalistlərə müsahibəsində deyib.
Şəkidə qürurlanmaq üçün hər şeyin olduğunu vurğulayan səfir Şəki xanları sarayının və onu əhatələyən təbiət mənzərələrinin olduqca gözəl olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası və Xarici İşlər Nazirliyi tərəfindən fevralın 20-21-də ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin Şəki və Qax rayonlarına tanışlıq səfəri təşkil olunur.

Keçidlər