Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunun 4 kəndinə qaz xətləri çəkilir

04 mart 2017 | 04:03

Şəki rayonunun daha 4 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın vaxtlarda rayonun Şəkikənd, Kiçik Dəhnə, Baş Göynük və Baş Layısqı kəndlərinə də təbii qazın verilməsi təmin olunacaq.
Qeyd edək ki, 2016-cı il ərzində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Şəki rayonunun 12 yaşayış məntəqəsi qazlaşdırılıb və həmin kəndlərdə 7565 mənzil təbii qazla təmin edilib. Hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi “mavi yanacaq”dan istifadə edir. Əhali abonentləri üzrə qazlaşma 80 faizə yaxındır.

Keçidlər