Şriftin ölçüsü :

Saytın rəngi :

İpəkçilik üzrə mütəxəssislər Şəkidə toplanacaqlar

30 mart 2017 | 00:03

Aprelin 2-dən 7-dək Şəkidə “İqlim dəyişiklikləri və kimyəvi reagentlər - ipəkçilikdə yeni axtarışlar” mövzusunda Qara dəniz, Xəzər dənizi və Mərkəzi Asiya Ölkələrinin İpəkçilik Assosiasiyasının (BACSA) VIII beynəlxalq konfransı keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının və bu qurumun birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Rumıniya, Bolqarıstan, Çin və Tailanddan olan nümayəndələr iştirak edəcəklər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, BASCA 2005-ci ildə Özbəkistanda yaradılıb və 21 ölkəni əhatə edir.
Qeyd edək ki, təşkilatın Azərbaycan üzrə əlaqələndiricisi Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlüdür.

Keçidlər