Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Baş Layısqı kəndində 500 abonentə təbii qaz verilib

16 aprel 2017 | 03:04

Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Aprelin 14-də rayonun Baş Layısqı kəndinə ilk dəfə təbii qaz verilib.
500 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1717 metr olan müxtəlif diametrli polietilen və 23 min 783 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Eyni zamanda, daha 3 kəndin – Şəkikənd, Kiçik Dəhnə və Baş Göynük kəndlərinin qazlaşdırılması istiqamətində iş aparılır. Tezliklə bu kəndlərə də ardıcıllıqla təbii qaz verilməsi təmin olunacaq.
Tədbirdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb.

Keçidlər