Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıl Orda vilayəti Qazax Musiqili Dram Teatrının çıxışı maraqla qarşılanıb

16 aprel 2017 | 03:04

    Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin mədəniyyət günləri  çərçivəsində aprelin 15-də Şəki Dövlət Dram Teatrında tamaşaçılara Qızıl Orda vilayəti N.Bekejanov adına Qazax Musiqili Dram Teatrının  hazırladığı tamaşa təqdim olunub.

      Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanmış iki hissəli tamaşanın quruluşçu rejissoru  Qazaxıstanın Əməkdar Artisti Murat Axmanov, rejissor-məsləhətçisi Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlidir.
     Qızıl Orda vilayəti Qazax Musiqili Dram Teatrının  çıxışı tamaşaçıların böyük marağına səbəb olub.

Keçidlər