Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə ali məktəblərə qəbul imtahanı keçirilib

09 may 2017 | 09:05

Dövlət İmtahan Mərkəzi mayın 7-də Şəki şəhərində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahanların keçirilməsi üçün 4 imtahan mərkəzi ayrılıb. İmtahanlar 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İmtahanlarda ümumilikdə 1921 abituriyentin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 158 nəzarətçi-müəllim cəlb edilib.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov  bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda uğurla başa çatıb.

Keçidlər