Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunub

11 may 2017 | 08:05

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Şəkidə silsilə tədbirlərlə qeyd olunub. Müəssisə və təşkilatlarda, təhsil və mədəniyyət ocaqlarında Ulu Öndərə həsr olunan xatirə tədbirləri, elmi-praktiki konfranslar keçirilib, rəsm və şeir müsabiqələri, idman yarışları təşkil olunub. Keçirilən tədbirlərdə dahi rəhbərin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən söz açılıb.
Mayın 10-da rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Ümummilli Liderin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Keçidlər