Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb

12 may 2017 | 02:05

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibətilə ayın 10-da Şəki Dövlət Dram Teatrında bayram tədbiri keçirilib.
     Şəhər rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
     Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, 1993-cü ilin iyununda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi öndərimiz Heydər Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, əsl liderlik keyfiyyətləri sayəsində xalqımız və dövlətimiz böyük bəlalardan və təhlükələrdən xilas oldu. Qısa müddət ərzində ölkədə ictimai-siyasi sabitlik və sosial ədalət prinsipləri bərpa edildi.
     Qeyd olunub ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.
    Sonra bayram tədbiri konsert proqramı ilə davam edib.

Keçidlər