Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə tütünçülük sahəsində 2 minə yaxın mövsümi işçi çalışır

02 iyun 2017 | 08:06

Şəki rayonunun təsərrüfatlarında tütün əkini kampaniyası müvəffəqiyyətlə başa çatıb. Cari mövsümdə rayonda 792 hektar sahədə tütün əkilib. Şəkili fermerlər bu il 461,5 hektar sahədə “Virciniya”, 56,5 hektar sahədə “Berley”, 274 hektar sahədə isə yerli tütün sortları yetişdirəcəklər.
Bildirilib ki, ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər kənd əhalisinin məşğulluğunun təmin edilməsinə də müsbət təsir göstərir. Belə ki, bu il Şəkidə tütün becərilməsi işlərinə 2 minə yaxın kənd sakini cəlb olunub.
Hazırda təsərrüfatlarda tütün əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir.
Xatırladaq ki, 2016-cı ildə Şəki rayonunda 785 hektar sahədə tütün yetişdirilib, 2440 ton quru tütün istehsal olunub.

Keçidlər