Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

02 iyun 2017 | 09:06

İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında bayram tədbiri təşkil olunub.
Şəki Şəhər İcra Hakimiyyəti ilə “ARB Şəki” televiziya şirkətinin birgə təşkilatçılığı ilə keçirilən, uşaqların və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söhbət açılıb.
Bildirib ki, dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Qeyd edilib ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət var. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva daim uşaqlara diqqət və qayğı göstərir.
    Tədbirdə uşaqlar üçün maraqlı səhnəciklər göstərib. Uşaq incəsənət məktəbinin və şəhərin bir sıra məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları maraqlı musiqi nömrələri tamaşaçıların ürəyincə olub.

Keçidlər