Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

18 iyun 2017 | 09:06

     İyunun 17-də Şəkidə  tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. "Çələbixan" restoranında keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və səhiyyə işçiləri iştirak edib.
     Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov   tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib və onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi  və başqa geniş miqyaslı tədbirlər həyata keçirilməsi öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur.
    Tədbirdə digər çıxış edənlər son illər əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin artırılması sahəsində rayonda həyata keçrilən tədbirlərdən söz açıblar.
   Sonra tibbi xidmətin təşkilində fərqlənən bir qrup səhiyyə işçisi şəhər icra hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib.
  Tədbir maraqlı konsert proqramı ilə davam edib.

Keçidlər