Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 35 min hektardan çox taxıl zəmisi biçilib

05 iyul 2017 | 05:07

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 66 min hektardan çox sahənin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda rayonun təsərrüfatlarında taxıl biçini sürətlə davam etdirilir. Bu günədək 35 min hektardan çox zəminin məhsulu biçilib, 77 min 200 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 21,9 sentner təşkil edir. Tədarük olunan taxılın 42 min 236 tonu buğda, 34 min 961 tonu arpadır.
Hələlik zəmilərdə məhsul boldur. Şəkili fermerlər qalan məhsulun da sahələrdən tez və itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

Keçidlər