Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərinin qonağıdır

25 iyul 2017 | 07:07

Şəki şəhərində Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi olan "Gənc İlhamçılar" yay istirahət düşərgəsi təşkil edilmişdir.
24 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin  yay istirahətlərinin  səmərəli keçirilməsi məqsədilə yaradılmış "Gənc İlhamçılar" düşərgəsində istirahət edəcək məktəblilərin Şəki şəhərində  qarşılanma  mərasimi  keçirilmişdir. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova qonaqları salamlamış, Şəki şəhərinin tarixi haqqında ətraflı məlumat vermiş və bildirmişdir ki, bu müddət ərzində uşaqlar şəhərin tarixi, gəzməli - görməli yerləri ilə tanış olacaq, maraqlı intellektual oyunlar keçiriləcəkdir. Şəki Şəhər Gənclər və İdman İdarəsini rəisi Vüqar İsgəndərov çıxış edərək müddət ərzində uşaqlarla keçiriləcək tədbirlər haqqında məlumat verdi. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva  məktəblilərə yaradılan şəraitə və yüksək səviyyədə  qarşılandıqlarına görə Şəki Şəhər İcra Hakimiyyətinə öz minnətdarlığını bildiridi. Bundan sonra məktəblilərə Şəkinin tarixini əks etdirən kitabçalar hədiyyə verilmişdir.

Keçidlər