Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhər İcra Hakimiyyətinin Başçısı Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi ilə bağlı Sifarişçi, Məsləhətçi, Layihəçi və Podratçı təşkilatların nümayəndə heyəti ilə görüş keçirmişdir

22 iyul 2017 | 09:07

     Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində aparılmaqda olan inşaat işləri ilə əlaqədar Şəki şəhər İcra Hakimiyyətinin Başçısı cənab  Elxan Usubov mütəmadi olaraq əlaqədar qurumlarla görüşlər keçirir və layihənin gedişatı, qarşıya çıxan problemlər və gələcəkdə görüləcək işlərlə bağlı müzakirələr aparır.
     Belə görüşlərdən biri 20 iyul 2017-ci il tarixində "Azərsu" ASC-nin sədr müavini cənab Etibar Məmmədovun Şəki şəhərinə işgüzar səfəri zamanı baş tutmuşdur.
Aidiyyatı qurumların iştirakı ilə keçirilən görüşdə Etibar Məmmədov çıxış edərək, layihənin gedişatı üçün yaradılan şərait haqqında və yaranan problemlərin şəhər rəhbərliyi tərəfindən qısa müddətdə aradan qaldırılmasında göstərdiyi köməkliyə görə minnətdarlığını bildirmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov çıxış edərək, Şəki şəhərində görülən bu cür infrastruktur layihələrinin şəhərin gələcəyi üçün böyük əhəmiyyət daşıdığını və Şəki şəhər İcra Hakimiyyəti tərəfindən hər cür dəstəyin veriləcəyini bildirdi.
Görüşdə iştirak edən "Əfqan" holdinqin idarə heyətinin sədri Nəsir Məmmədov layihədə iştirak edən bütün qurumlara, xüsusəndə şəhər rəhbərliyi və sifarişçiyə bu işdə podratçı şirkətə göstərdiyi köməkliyə görə minnətdarlığını bildirdi və işlərin vaxtından əvvəl yekunlaşdırılacağına söz verdi.
Etibar Məmmədov iclasın sonunda Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin daha sonrakı mərhələlərinin başladılması üçün tədbirlərin görülməsi üçün əlavə vəsaitin ayrılacağı haqqında məlumat verdi və mümkün olan ən qısa müddətdə layihənin başa çatdırılacağını və şəhər əhalisinin təmiz içməli su və kanalizasiya xidmətləri ilə təmin olunacağını bildirdi.

Keçidlər