Şriftin ölçüsü :

Saytın rəngi :

XIII Dünya Skaut Gənclər Forumunun iştirakçıları Şəki şəhərində olublar

15 avqust 2017 | 09:08

Qəbələ rayonunda keçirilən XIII Dünya Skaut Gənclər Forumunun iştirakçıları avqust ayının 11-də Şəki şəhərinə səfər ediblər.
Şəfər çərçivəsində forum iştirakçıları Şəkinin tarixi abidələri, görməli yerləri ilə tanış olublar.
Qeyd edək ki, XIII Dünya Skaut Gənclər Forumu Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatının və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib. Forumda 133 ölkədən 320 gənc skaut iştirak edib.
Dünya Skaut Hərəkatı dünyanın 224 ölkəsi və regionunda fəaliyyət göstərir və 40 milyon üzvü öz ətrafında birləşdirir. 1907-ci ildə yaradılan Skaut Hərəkatının məqsədi gənclərin özlərini şəxsiyyət kimi formalaşmasına və cəmiyyətdə konstruktiv rol oynamasına, onların ən yaxşı dünyanın qurulması işində iştirakına kömək edir. Azərbaycan Skautlar Assosiasiyası isə 1997-ci ildə fəaliyyətə başlayıb və 2000-ci ildə Dünya Skaut Hərəkatına üzv qəbul edilib. Ölkəmizdə gənc nəslin tərbiyəsində mühüm rol oynayan Azərbaycan Skautlar Assosiasiyasının 16 bölgədə 1750-dən çox üzvü var.

Keçidlər