Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin Kiçik Dəhnə kəndində yeni yol istifadəyə verilib

22 avqust 2017 | 07:08

Avqust ayının 21-də Şəkinin Kiçik Dəhnə kəndində yeni asfalt örtük çəkilmiş yolun istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib.
   Rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələrinin və kənd sakinlərinin iştirak etdiyi    tədbiri giriş sözü ilə icra hakimiyyəti başçısının Kiçik Dəhnə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Aslan Mirhəsənov açıb.
   Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı cənab Elxan Usubov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, yolun çəkilişində zəhməti olan hər kəsə şəhər icra hakimiyyətinin adından təşəkkür bildirib. O qeyd edib ki, Şəkiyə böyük həcmli investisiyalar cəlb olunur, şəhərdə və ayrı-ayrı yaşayış məntəqələrində infrastruktur layihələri, həmçinin, sosial layihələr icra olunur. Bütün bunlar insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəlib.
    Tədbirdə kənd ağsaqqalları adından çıxış edən Maarif Abdurahmanov görülən işlərə görə ölkə başçısına, eyni zamanda şəhər rəhbərliyinə dərin minnətdarlığını bildirib.
    Sonra yeni yolun rəmzi açılışını bildirən lent kəsilib.
    Qeyd edək ki, yeni istifadəyə verilən yolun uzunluğu 7,5 km-dir. Tikinti işləri yerli sahibkarların və kənd sakinlərinin vəsaiti hesabına, yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilib. Tikinti işlərinə cari ilin may ayında başlanılıb və avqust ayında işlər yekunlaşıb.

Keçidlər