Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə yeni otel istifadəyə verilib

27 avqust 2017 | 08:08

Avqustun 26-da Şəkinin Heydər Əliyev prospektində yeni tikilmiş “Yaffle İnn” oteli istifadəyə verilib.
     Bu münasibətlə keçirilən açılış mərasimində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edib.
     Bildirilib ki, respublikamızın regionlarında müasir turizm obyektlərinin inşası ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılmış əlverişli mühitdən irəli gəlir. Turizmin inkişafı ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Şəki şəhərində də turizm potensialının inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan yeni tikilmiş  otel də mühüm əhəmiyyət daşıyır.
    Sonra yeni otelin rəmzi açılışını bildirən lent kəsilib.
    Tədbir iştirakçıları oteldə yaradılmış şəraitlə tanış olublar.

Keçidlər