Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində Bilik günü qeyd edilib

19 sentyabr 2017 | 08:09

Sentyabrın 15-də respublikanın hər yerində olduğu kimi, Şəkidə də Bilik günü təntənə ilə qeyd edilib. Şəkinin bütün ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələri, ziyalılar və valideynlər iştirak edərək, birlikdə Bilik gününün sevincini yaşayıblar.
      Yeni dərs ilində Şəki şəhəri üzrə 2827 nəfər birinci sinifə qədəm qoyub. Bütün məktəblərdə ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.
     “İslam Həmrəyliyi İli” və "Bilik günü"  münasibətilə həmin gün Azərbaycan  Respublikasının  Prezidenti  yanında Bilik Fondunun təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində və Şəki Dövlət Texniki Kollecində “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda mühazirələr keçirilib.
      Qeyd edək ki, Şəki rayonunun Aşağı Şabalıd, Babaratma və Fazıl kəndlərində quraşdırılan və hər biri 56 şagird yerlik olan modul tipli məktəb binaları yeni dərs ilində öz qapılarını şagirdlərin üzünə açıb.

Keçidlər