Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın Dövlət Departamentinin və USAID-in nümayəndələri Şəki şəhərinə səfər etmişlər

21 sentyabr 2017 | 09:09

     Şəki şəhərində səfərdə olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəsi Deyv Hansinker, ABŞ-ın Dövlət Departamentinin nümayəndələri Sara Maklauqlin və Villiam Soley, USAID-in Azərbaycan nümayəndəliyinin təmsilçisi Samir Həmidov sentyabrın 20-də Şəki şəhər icra hakimiyyətinin başçısı cənab Elxan Usubovla görüşüblər.
     Görüş zamanı icra başçısı qonaqlara Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları barədə məlumat verib. Bildirilib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur. Festivallar şəhəri kimi tanınan Şəkidə il ərzində müxtəlif beynəlxalq səviyyəli festivallar keçirilir.
      Nümayəndə heyətinin üzvləri bildirblər ki, ABŞ-ın Dövlət Departamentinin, Müdafiə Departamentinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələrinin Azərbaycana səfər etməsində məqsəd inkişafa yardım və əməkdaşlıq layihələrinin hazırlanmasıdır. Qonaqlar Şəkidə olmaqlarından məmnun olduqlarını, qədim tarixi olan Şəkinin onlarda yüksək təəssürat oyatdığını vurğulayıblar.
      Görüş zamanı sosial-iqtisadi sahədə əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.

Keçidlər