Şriftin ölçüsü :

Saytın rəngi :

Monteneqro Respublikasının Ali Məhkəməsinin sədri Şəki şəhərinə səfər edib

30 sentyabr 2017 | 10:09

Sentyabrın 28-də Azərbaycanda rəsmi səfərdə olan Monteneqro Respublikasının Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri və onları müşayət edən şəxslər Şəki şəhərinə gəliblər. Qonaqları Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev müşayət edib.
      Xanım Vesna Medenitsa öncə Şəki Məhkəmə kompleksində olub. Kompleksdə qonağı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov qarşılayıb. Xanım Vesna Medenitsaya 2015-ci ildə istifadəyə verilmiş kompleks haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məhkəmə kompleksi Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində inşa edilib. Qonağın diqqətinə çatdırılıb ki, hazırda məhkəmə kompleksində Şəki Apellyasiya, Şəki Ağır Cinayətlər, Şəki İnzibati-İqtisadi və Şəki Rayon Məhkəmələri yerləşir. Daha sonra qonaqlar kompleksdə yaradılmış şəraitlə tanış olublar.
     Monteneqro Respublikasının Ali Məhkəməsinin sədri Vesna Medenitsa və nümayəndə heyətinin üzvləri Azərbaycanda ədliyyə sisteminin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər.
    Daha sonra qonaqlar Şəkinin tarixi abidələrini gəzib və şəhərlə daha yaxından tanış olublar.

Keçidlər