Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə prokurorluq işçilərinin peşə bayramı qeyd edilib

01 oktyabr 2017 | 10:09

Sentyabrın 30-da Şəki şəhərində 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
İlk olaraq şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluğun əməkdaşları Şəki Şəhər İcra Hakimyyətinin binasının qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq öz ehtiramlarını bildiriblər.
      Daha sonra prokurorluğun binasında tədbirin rəsmi hissəsi keçirilib. Şəki rayon prokuroru Elmar Camalov Azərbaycan prokurorluğunun keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən danışıb.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimyyətinin başçısı Elxan Usubov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik edib.
Sonda xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına Şəki Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

Keçidlər