Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilmişdir

10 noyabr 2017 | 03:11

Noyabrın 8-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilmişdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, başçının müavinlərinin, hüquq-mühafizə orqanların rəhbərlərinin, şəhər icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, ictimaiyyət nümayəndələrinin, gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının dövlət bayragı Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən rəmzlərdən biridir. Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəslə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayır.
Bildirilmişdir ki,  millətin azadlıq rəmzi, vətənin simvolu, hər zaman qürur və inam yeri olan üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunmuşdur.
Vurğulanmışdır ki, dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur. Azərbaycan Prezidentinin Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında tarixi Sərəncamı buna parlaq nümunədir. Ölkə başçısının 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Günü”nün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən isə hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bayram tədbiri şəhərin musiqi kollektivlərinin və uşaq musiqi məktəblərinin tələbə və müəllimlərinin ifasında maraqlı konsert proqramı ilə davam etmişdir.

Keçidlər