Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın məktəblisi: Ekskursiyadan aldığım zəngin təəssürat yaddaşımda əbədi olaraq qalacaq

14 noyabr 2017 | 02:11

Ölkəmizdə gənclərlə bağlı çoxlu layihələr həyata keçirilir. Hesab edirəm ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası bu layihələrin ən əhəmiyyətlisidir. Bu tur-aksiyaya Azərbaycanın demək olar ki, bütün şəhər və rayonlarının məktəbliləri qoşulublar. Tur-aksiya biz məktəblilərə imkan yaratdı ki, Azərbaycanın müxtəlif bölgələrinə səyahət edək, oradakı tarixi abidələrlə yaxından tanış olaq. Bizə bu imkanı yaradan Prezidentimiz İlham Əliyevə Laçın məktəbliləri adından dərin minnətdarlığımızı bildiririk.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Laçın rayonunun Meşəçilik qəsəbə tam orta məktəbinin 11-ci sinif şagirdi Şəfəq Salahova Şəkidə AZƏRTAC-a müsahibəsində bildirib.
Ekskursiyanın maraqlı keçdiyini, təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayan Laçın məktəblisi deyib: “Bölgənin tarixi məkanları ilə tanışlıq zamanı çoxlu yeni məlumatlar əldə etdim. Şübhəsiz ki, ekskursiyadan aldığım zəngin təəssürat yaddaşımda əbədi olaraq qalacaq”.

Keçidlər