Şriftin ölçüsü :

Saytın rəngi :

Antalya şəhərinin valisi ilə görüş keçirilmişdir

30 noyabr 2017 | 03:11

28 noyabr 2017-ci il tarixdə Antalya şəhərinin valisi Münir Karaloğlu Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovu, Qırğızıstan Respublikasının İssık-Göl vilayətinin quvernatoru Uzanbek Çılkıbayevi, həmin ölkənin Narın şəhərinin qubernatoru Amanbay Kayıbovu və Türk Şurası Baş Katibinin müavini Ömər Kocamanı qəbul etmişdir.
       İlk olaraq qonaqlar valiliyin xatirə kitabına imza atmış, ürək sözlərini yazmışlar.   
       Görüş zamanı vali Münir Karaloğlu görüşdən məmnun olduğunu bildirmiş və Antalya şəhərinin sosial-iqtisadi və mədəni həyatı haqqında qonaqlara geniş məlumat vermişdir.
       Sonra Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Qırğızıstanın İssık-Göl vilayətinin və Narın şəhərinin qubernatorları rəhbərlik etdikləri şəhərlər haqqında məlumat vermişlər.
       Görüşdə türk dövlətləri arasında dostluq və əməkdaşlığının daha da artırılması və sairə ilə bağlı fikir mübadiləsi aparılmışdır.   
       Görüş zamanı qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.

Keçidlər