Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Antalya şəhərində keçirilən yüksək səviyyəli beynəlxalq seminarda çıxış etmişdir

02 dekabr 2017 | 07:12

Noyabrın 30-da Türkiyənin Antalya şəhərində  təşkil olunan “Qlobal Cənub-Cənub İnkişafı EXPO 2017” adlı beynəlxalq forum çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dəstəyi ilə “Davamlı İnkişaf üçün İpək yolunun Turizmdə şəhər təcrübəsi” mövzusunda yüksək səviyyəli beynəlxalq seminar keçirilmişdir.
     Tədbirdə dünyanın 75 ölkəsindən, o cümlədən Çindən Avropaya qədər uzanan İpək Yolu boyunca yerləşən dövlətlərin, həmçinin Türk Şurası Müasir İpək Yolu şəhərlərinin nümayəndələri iştirak etmişdir.
   Tədbirdə iştirak edən Şəki Şəhər İcra hakmiyyətinin başçısı Elxan Usubov təqdimatla çıxış etmışdır.
    O bildirmişdir ki, Böyük İpək Yolu üzərində yerləşən Şəki şəhəri çox geniş turizm potensialına malikdir. Gözəl təbiəti,  memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq və zəngin Şəki mətbəxi turizmin, xüsusilə beynəlxalq turizmin sürətlə inkişaf etdiyi bu dövrdə böyük əhəmiyyət kəsb edir.
     E.Usubov qeyd etmişdir ki, Şəki şəhəri Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2012-ci ildə Şəki türk dünyasının qeyri- maddi mədəni irs paytaxtı seçilmiş, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmışdur. Bu il isə Şəki şəhəri YUNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilmişdir.
    O vurğulamışdır ki, bu beynəlxalq seminar tarixi İpək yolu üzərində yerləşən şəhərlərin turizm sahəsində əməkdaşlığı üçün olduqca faydalıdır.
    Tədbirin təşkilatçılarına xüsusi minnətdarlığını bildirən icra başçısı tədbirdə iştirak edən şəhərlərin nümayəndələrini təmsil etdiyi şəhərin turizm potensialını göstərmək, təcrübə mübadiləsi aparmaq və əldə olunan imkanlardan daha yaxşı istifadə etmək üçün Şəkiyə dəvət etmişdir.
     Qeyd edək ki, Çin hökuməti ilə birgə BMT tərəfindən hazırlanan və “Bir kəmər, bi yol”  startegiyasına uyğun olaraq “İpək Yolu Şəhərləri İttifaqı təşəbbüsü” turizm sahəsində inkişaf layihəsi kimi önəmli fürsət yaradacaq bir platformadır.

Keçidlər