Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Beynəlxalq Əlillər Günü qeyd olunub

05 dekabr 2017 | 01:12

Azərbaycan Respublikası Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsində 3 dekabr- Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Məmmədnuru Əzizov əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər, Şəki şəhərində bu istiqamətdə görülən işlər barədə danışıb.
Sonra Şəki şəhərində yasayan Qarabağ müharibəsi əlillərinə maddi yardım göstərilib.
Çıxış edən Qarabağ müharibəsi əlilləri onlara göstərilən onlara göstərilən yüksək diqqət və qayğıya görə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Qeyd edək ki, Beynəlxalq Əlillər Günü münasibətilə Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki rayonu üzrə 174 nəfər əlilə maddi yardım ayrılıb.

Keçidlər