Şriftin ölçüsü :

Saytın rəngi :

Fransa portalı Azərbaycanla bağlı silsilə məqalələr yayıb

13 yanvar 2018 | 02:01

Fransanın “LaCroix” portalında Azərbaycanla bağlı silsilə məqalələr yayılıb.
AZƏRTAC xəbər verir ki, müəllifi Pola Buaye olan məqalələrdə ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, o cümlədən burada mövcud olan xristian kilsələrindən söhbət açılır.
Müəllif qeyd edir ki, Quba rayonunun Xınalıq və Qırız kəndləri dünyada ən yüksək yaşayış məskənlərindəndir. Burada ilin bütün fəsillərində əsrarəngiz təbiət mənzərələrini görmək mümkündür.
Ölkəmizin qədim tarixi abidələrindən bəhs edilən məqalələrdə, həmçinin Şəki və Qəbələdəki Alban məbədləri barədə məlumat verilir, Şəki xanlarının sarayının nadir memarlıq incilərindən biri olduğu vurğulanır.
Müəllif Azərbaycanın məşhur şəbəkə sənətindən də söhbət açaraq bildirir ki, bu qədim sənət Şəkidə hələ də qorunub saxlanılır. Bu sənəti yaşadanlardan biri Hüseyn Hacımustafazadə ilə söhbətində Pola Buaye məlumat verir ki, şəbəkə üslubunda hazırlanmış məhsullar dünyanın müxtəlif ölkələrindən sifariş olunur.

Keçidlər