Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində layihə üzərində iş aparılır

09 fevral 2018 | 03:02

"İpəkçilik iqtisadiyyatın önəmli sahələrindən biri olmaqla yanaşı, qədim tarixə malik peşə olub. Azərbaycanda ipəkçiliyin önəmli yeri olduğunu nəzərə alsaq, bu sahənin inkişafı çox vacibdir".

Bunu "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələri" mövzusunda keçirilən tədbirdə deyib.

K.Nəbizadənin sözlərinə görə, Şəkidə yerləşən "Şəki İpək" ASC-nin inkişafı və yenidən qurulması istiqamətində inkişaf strategiyası və planların icrası nəzərdə tutulub: "Burada xarici və yerli məsləhətçi şirkətlərin cəlb olunması nəzərdə tutulub".

Keçidlər