Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı idönümü münasibətilə tədbir keçirilib

14 fevral 2018 | 10:02

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, ölkə vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində üzərinə düşən bütün vəzifə və məqsədləri layiqincə yerinə yetirir.
    Bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ldönümü münasibətilə fevralın 13-də Şəkidə keçirilən tədbirdə səsləndirilib.
   Şəhər rəhbərliyi və Xidmətin Şəki şəhər şöbəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
   Şəki Olimpiya İdman Kompleksinin “Karvan” restoranında təşkil edilən tədbirin əvvəlində dövlət himni səsləndirilib.
    Xidmətin Şəki şəhər şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyən etdiyi ordu quruculuğu siyasətinin yüksək səviyyədə icrasının təmin edilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xüsusi rolu olduğunu bildirib. Vurğulanıb ki, qısa müddətdə çox böyük inkişaf yolu keçən  bu qurum yarandığı gündən gənclərin hərbi xidmətə yola salınması, ordumuzun vətənpərvər gənclərlə təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirir.
    Xidmətin Şəki şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Yalçın Sadıqlı SHXÇDX-nin ötən altı il ərzindəki fəaliyyətinə qısa nəzər salıb, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən geniş bəhs edib.
    Tədbirdə çıxış edən hüquq-mühafizə orqanlarının yerli qurumlarının rəhbərləri, müharibə veteranları  Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində SHXÇDX-nin qısa müddətdə çox böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfə verdiyini vurğulayıblar, şəkili gənclərin Vətənin müdafiəsinə hər an hazır olduqlarını diqqətə çatdırıblar.
     Xidmətdə fərqlənən hərbi qulluqçulara, çağırışaqədərki hazırlıq rəhbərlərinə, həmçinin SHXÇDX-nin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirdiyi “Çağırır Vətən” mövzusunda inşa yazı müsabiqəsinin qalibinə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.
   Tədbir yerli incəsənət ustalarının və məktəblilərin hazırladığı bədii proqramla başa çatıb.

Keçidlər