Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

15 fevral 2018 | 02:02

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadə ömrünün sonuna qədər böyük sənət ehtirası ilə yazıb yaratmışdı. Müdrik həyat düşüncələrini, içindəki hissləri, duyğuları sətirlərə çevirən, söz, sənət dünyasını yeni incilərlə rövnəqləndirən sənətkar artıq doqquz ildir ki, ruhların qovuşduğu bir məkanda uyuyur.  
Bu fikirlər Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar Şəki şəhər 10 №-li tam orta məktəbdə keçirilən xatirə tədbirində səsləndirilib.
Şəhər rəhbərliyinin, ziyalıların, poeziya həvəskarlarının iştirak etdiyi tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur. Vurğulanıb ki, Bəxtiyar Vahabzadə Vətəninə, doğulduğu yerə, soykökünə bağlı bir insan olub. O, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Şairin əsərlərində Şəkiyə xas olan kolorit, dərin düşüncə, ağıllı zəka özünü aydın biruzə verir.
Diqqətə çatdırılıb ki, Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Şəki şəhərinin mərkəzi parklarından birində onun büstü qoyulub, şəhərdəki məktəblərdən və küçələrdən birinə şairin adı verilib.
   Tədbir məktəblilərin hazırladığı bədii proqramla başa çatıb.

Keçidlər