Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə modul tipli 5 yeni məktəb quraşdırılacaq

13 mart 2018 | 12:03

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 9-da “Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.
     Sərəncama əsasən Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 56 min manatı Təhsil Nazirliyinə ayrılıb.
     Sərəncamda Şəki rayonunda Aşağı Daşağıl kənd 96 şagird yerlik, Daşbulaq kənd 80 şagird yerlik, Öyrət kənd 56 şagird yerlik, Çapağan kənd 40 şagird yerlik və Yeni Göynük kənd  40 şagird yerlik modul tipli ümumi orta məktəblərin quraşdırılması öz əksini tapıb.

Keçidlər